Martın 28-də Quba Regional Perinatal mərkəzində IV Şimal Regional Konfransı keçiriləcək.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Quba, Xaçmaz, Xudat, Siyəzən, Şabran və Qusar rayonlarında işləyən mama-ginekoloq və neonatoloqların iştirakı ilə keçirilən konfransda “Rh mənfi amili və hamiləlik”, “Yenidoğulmuşların hiper bilerubinemiyaları” və “Yenidoğulmuşların ilkin reanimasiyası. Praktik vərdişlər”inə dair məruzələr dinləniləcək.

Səhiyyə Nazirliyinin Baş mama-ginekoloqu S. Məmmədova və Quba Perinatal mərkəzinin direktoru Ş. Həsənova konfransda məruzə ilə çıxış edəcəklər.