Bakı, 27 mart, AZƏRTAC

“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Nəsimi rayonunda kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə Loqistika mərkəzinin tikintisi nəzərdə tutulub.

AZƏRTAC-a Nəsimi rayon icra hakimiyyətindən daxil olan xəbərə görə, Proqrama uyğun olaraq 2014-cü ildə tikintisinə başlanılan və 1,6 hektar sahəni əhatə edən həmin mərkəz sakinlərin istifadəsinə verilib.

Yaşıl marketdə 1500 nəfərin işlə təmin olunması nəzərdə tutulub. Yeni istifadəyə verilmiş Yaşıl marketdə 1000 ədəd piştaxta, 28 ədəd müasir tipli mağaza, 5 soyuducu kamera, 200 avtomobil üçün dayanacaq sahəsi var.